Necə rezident ola bilərəm?
Rezident ol bölməsindən müraciət edə bilərsiniz.
Özəl sənaye məhəlləsi hansı imtiyazları verir?
Özəl Sənaye Məhəlləsi rezidentlərə gömrük rejimlərindən səmərəli istifadə imkanı verir, idxal, ixrac, saxlanma və
emal əməliyyatları üzrə gömrük prosedurlarını sadələşdirir və güzəştlər tətbiq edir. Həmçinin, mənfəət vergisinə
50% güzəşt təmin olunur və istehsal üçün gətiriləcək avadanlıqlar idxal gömrük rüsumu və ƏDV-dən tam azad edilir.
Təşviq sənədini necə əldə edə bilərəm?
İnvestisiya təşviqi sənədini əldə etmək üçün müraciətlər həm Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin tabeliyində olan KOB evləri vasitəsilə, həm də birbaşa İqtisadiyyat Nazirliyinə, o
cümlədən Nazirliyin Elektron xidmətlər portalı vasitəsilə edilə bilər.
Özəl sənaye məhəlləsində rezidentlik sertifikatını necə əldə edə bilərəm?
Rezidentlik sertifikatı almaq istəyən şəxs ərizə formasını doldurur və onu
qeydiyatda olduğu vergi orqanına təqdim edir.