İnfrastruktur

Baş Plan

Vergi və Gömrük Güzəştləri

Logistika İmkanları

Logistika imkanları

Logistika imkanları

İstehsaldan bazara — sürətli, təhlükəsiz və inteqrasiya olunmuş logistika

Bizness Park Abşeron rezidentləri üçün logistika yalnız daşınma deyil, dəyər yaradan strateji üstünlükdür. Parkın strateji yerləşməsi və Absheron Logistika Mərkəzi ilə birbaşa inteqrasiyası yüklərin qəbulundan son təyinat nöqtəsinə qədər sürətli, çevik və səmərəli logistika zənciri formalaşdırır.

Bu infrastruktur rezidentlərə daxili və beynəlxalq bazarlara çıxışda ciddi vaxt və xərc üstünlüyü qazandırır.

Strateji yerləşmə

Bizness Park Abşeron ölkənin əsas nəqliyyat qovşaqlarına — dəmir yolu xətləri, magistral avtomobil yolları və Bakı limanı istiqamətinə yaxınlıq hesabına logistika baxımından əlverişli mövqedə yerləşir.

Bu yerləşmə:

  • yüklərin operativ daşınmasını,
  • tranzit vaxtlarının azalmasını,
  • təchizat zəncirinin daha proqnozlaşdırılan olmasını

təmin edərək istehsal və ixrac fəaliyyətini daha səmərəli edir.

Dəmir yolu ilə yüklərin qəbulu və emalı

Parkın Absheron Logistika Mərkəzi ilə birbaşa inteqrasiyası aşağıdakı əməliyyat imkanlarını təmin edir:

  • konteyner və vaqon yüklərinin sürətli qəbulunu,
  • yüklərin çeşidlənməsini,
  • daxili və beynəlxalq istiqamətlər üzrə operativ göndərişini

Bu imkanlar xüsusilə iri həcmli və müntəzəm daşımalar həyata keçirən istehsalçılar üçün əməliyyat çevikliyini maksimum səviyyəyə çatdırır.

Gömrük prosedurlarına operativ çıxış

Absheron Gömrük Postunun parka yaxın yerləşməsi idxal–ixrac əməliyyatlarının daha çevik icrasına imkan yaradır. Bu, rezidentlər üçün aşağıdakı mühüm üstünlükləri formalaşdırır:

  • sənədləşmə proseslərinin sadələşdirilməsi,
  • vaxt itkisinin minimuma endirilməsi,
  • logistika xərclərinin optimallaşdırılması

Bu üstünlüklər rezidentlərin xarici ticarət əməliyyatlarını daha səmərəli və operativ şəkildə həyata keçirməsinə şərait yaradır.

Çoxşaxəli yükdaşıma xidmətləri

Rezidentlər müxtəlif nəqliyyat növləri üzrə tam logistika xidmətlərindən yararlana bilərlər:

  • Avtomobil yolu ilə daşımalar
  • Dəmir yolu ilə daşımalar
  • Hava yolu ilə daşımalar
  • Dəniz yolu ilə daşımalar
  • Daxili logistika daşımaları

Bu yanaşma yükün növünə, həcminə və istiqamətinə uyğun ən optimal marşrutun seçilməsinə imkan verir.

Vacib qeyd

Logistika imkanları mövcud infrastruktur və tərəfdaş xidmətləri çərçivəsində təqdim olunur.

Konkret xidmətlərin həcmi və şərtləri yükün xüsusiyyətlərindən və əməliyyat tələblərindən asılı olaraq fərqlənə bilər.

Logistikanızı güclü infrastruktur üzərində qurun

Bizness Park Abşeron-da rezidentlik və mövcud logistika imkanları barədə daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Rezidentlik üzrə məsləhət alın

Logistika imkanlarını öyrənin

Abşeron Logistika Mərkəzinin törəmə şirkətləri