Özəl Sənaye Məhəlləsi nədir?
Özəl Sənaye Məhəlləsi kiçik və orta sahibkarların məhsul istehsalı və xidmət göstərməsi üçün zəruri infrastrukturla təmin
olunmuş ərazidir. Məqsəd, sahibkarlığın inkişafını dəstəkləmək, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunu artırmaq,
həmçinin istehsal xərclərini azaltmaq və kooperasiya əlaqələrini gücləndirməkdir. Sənaye məhəllələri həm kiçik, həm də orta
sahibkarlıq üçün əlverişli iş mühiti yaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir
Özəl Sənaye Məhəlləsinin üstünlükləri
- Hazır xarici və daxili infrastruktur: elektrik və istilik
enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat,
yanğından mühafizə, inzibati və digər təyinatlı
obyektlərlə tam təminat.
- İnzibati proseslərdə operativlik: rezidentlik və icazə
prosedurlarının sadələşdirilməsi.
- Strateji yerləşmə: əsas nəqliyyat və logistika
marşrutlarına yaxınlıq.
- Çevik sahə imkanları: müxtəlif ölçülü torpaq və
istehsal sahələri.
- Təhlükəsizlik: 24/7 mühafizə, giriş-çıxış nəzarəti və
video-müşahidə sistemi.
- Əməliyyat xərclərinə qənaət: birgə istifadə olunan
infrastruktur və xidmətlər hesabına xərclərin
optimallaşdırılması.
- Dövlət dəstəyi və təşviqlər: vergi və gömrük
güzəştləri, investisiya təşviqi mexanizmlərinə çıxış
imkanı.
- Səmərəli istehsal mühiti: anbar, xidmət və logistika
dəstəyi ilə istehsal proseslərinin
optimallaşdırılması.
- Sənaye ekosistemi: vahid məkanda fəaliyyət
göstərən müəssisələr arasında əməkdaşlıq və
sinerji mühiti.
Özəl Sənaye Məhəlləsinin yaradılma məqsədləri
- İstehsal və emal sahələrinin inkişafını sürətləndirmək
- Təhlükəsiz və əlçatan sənaye mühitinin formalaşdırılmaq
- Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi üçün əlverişli şərait yaratmaq
- Yeni iş yerlərinin yaradılmasını dəstəkləmək
- Ölkənin sənaye potensialının gücləndirilməsinə töhfə vermək