Biznes Park Abşeron Baş Plan
Biznes Park Abşeron istehsal, emal və anbar fəaliyyəti üçün nəzərdə tutulmuş müasir Özəl Sənaye Məhəlləsidir. Ümumi sahəsi 20 hektar olan park ərazisində 80 000 m² qapalı sahə və 70 000 m² açıq sahə mövcuddur. Layihə vahid konsepsiya əsasında planlaşdırılaraq rezident şirkətlər üçün funksional, səmərəli və uzunmüddətli inkişaf imkanları yaradan sənaye mühiti formalaşdırır.
Biznes Park çərçivəsində qapalı və yarımqapalı istehsal sahələri, açıq sənaye və logistika əraziləri, eləcə də müasir inzibati bina nəzərdə tutulmuşdur. İstehsal və emal sahələri texnoloji proseslərin rahat təşkili üçün uyğun planlaşdırılır, əməliyyat axını və texniki tələblər nəzərə alınaraq inşa edilir. Anbar sahələri isə məhsulların təhlükəsiz və sistemli saxlanmasını təmin edən infrastrukturla təchiz olunur və yükləmə-boşaltma əməliyyatları üçün əlverişli şərait yaradır.

AzPly
Ümumi sahəsi: 10 374 m²
İnzibati bina
Ümumi sahəsi: 8 000 m²
Avtomobil dayanacağı
Ümumi sahəsi: 7 500 m²
Faza B
Ümumi sahəsi: 10 800 m²
Faza A
Ümumi sahəsi: 10 944 m²
Faza D
Ümumi sahəsi: 12 528 m²
Faza C
Ümumi sahəsi: 12 958 m²
Faza F
Ümumi sahəsi: 8 640 m²
Faza E
Ümumi sahəsi: 8 100 m²